SƏNAYE

OPEC Azərbaycanın təsdiq edilmiş təbii qaz ehtiyatlarının həcmini açıqlayıb
08 İYUN
254

OPEC Azərbaycanın təsdiq edilmiş təbii qaz ehtiyatlarının həcmini açıqlayıb

2018-06-08 12:09:00

Ötən ilin sonuna Azərbaycanın təsdiq edilmiş təbii qaz ehtiyatlarının həcmi 1 trln. 277 mlrd. kubmetr təşkil edib. Fins.az xəbər verir ki, “APA-Economics”in məlumatına görə, bu barədə Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) illik statistik hesabatında deyilir.

Hesabata əsasən, 2017-ci ildə təsdiq edilmiş ümumdünya təbii qaz ehtiyatı illik nisbətdə 0,2% artaraq 199 trln. 44 mlrd. kubmetrə çatıb.

2017-ci ilin sonuna olan məlumata görə, Xəzəryanı ölkələrdən İranın təsdiqlənmiş təbii qaz ehtiyatları 33 trln. 810 mlrd. kubmetr, Rusiyanın qaz ehtiyatlarının həcmi 50 trln. 617 mlrd. kubmetr, Qazaxıstanın 1 trln. 898 mlrd. kubmetr, Türkmənistanın təsdiq edilmiş təbii qaz ehtiyatlarının həcmi isə 9 trln. 838 mlrd. kubmetr təşkil edir.

Qeyd edək ki, dünyada qaz ehtiyatlarının həcminə görə Rusiya birinci, İran ikinci, Qətər isə üçüncü yeri tutur. Qətərin təsdiq edilmiş təbii qaz ehtiyatlarının həcmi 23 trln. 861 mlrd. təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258