SƏNAYE

Hacıqabulda taxıl sahələrinə 45 kombayn çıxarılıb
07 İYUN
172

Hacıqabulda taxıl sahələrinə 45 kombayn çıxarılıb

2018-06-07 15:33:00

Bir neçə gündür ki, Hacıqabulun taxıl sahələrində arpa biçininə başlanılıb. Hazırda zəmilərdə 45 kombayn işləyir. Gün ərzində 150-200 hektar sahənin taxılı biçilir. Qısa müddətdə 4 min 450 hektar sahədən 11 min 450 ton məhsul yığılıb. Biçin aparılmış arpa sahələrində məhsuldarlıq orta hesabla 25,7 sentner olub.

Rayon kənd təsərrüfatı idarəsindən bildiriblər ki, ötən ilin payızında bu ilin məhsulu üçün 43 min 11 hektar taxıl əkilib. Bu isə bir il əvvəlkindən 28 min 603 hektar çoxdur. Torpaq mülkiyyətçiləri tərəfindən biçin kampaniyasına ciddi hazırlıq işləri görülüb, 45 kombayn, 150-dək maşın-mexanizm baxışdan keçirilərək istifadəçilərə verilib.

Əkin zamanı yüksək repreduksiyalı məhsuldar taxıl sortlarından istifadə olunması və bitkiyə aqrotexniki qaydada qulluq göstərilməsi nəticəsində sahələrdən bol məhsul götürülür. Fermer Natiq Dostəliyev bu il 280 hektar sahədə taxıl əkib ki, bunun da 150 hektarı toxumçuluq üçün nəzərdə tutulub. Torpaq mülkiyyətçisi biçin keçirdiyi hər hektardan 29,6 sentner arpa yığır. Toxumçuluq üçün nəzərdə tutulan sahədə isə məhsuldarlıq orta hesabla 35 sentnerə çatır.

Sahələrdən məhsulun optimal müddətdə və itkisiz yığılması üçün rayon icra hakimiyyətində operativ qərargah yaradılıb. Xidmət təşkilatları, əlaqədar müəssisə rəhbərlərinin də daxil olduğu qərargahda qarşıya çıxan bütün suallara aydınlıq gətirilir, qaldırılan məsələlər yerindəcə həll olunur. 

Eləcə də bax: Azərbaycan yetişdirilən güldən hazırlanan yağın 1 litri 12 min avroya satılır - REPORTAJ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9602
  • ₽ RUB
    0.0254