SƏNAYE

Azərbaycanda iri taxılçılıq təsərrüfatı yaradılır
07 İYUN
125

Azərbaycanda iri taxılçılıq təsərrüfatı yaradılır

2018-06-07 11:08:00

Ağstafa rayonunda 3800 hektarlıq iri taxılçılıq təsərrüfatı yaradılır. Bu barədə Ağstafa Rayon İcra Hakimiyyətində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin icra vəziyyətinə dair keçirilən şura iclasında bildirilib.

Təmizlik Xidmətinə 50% ENDİRİM!

Rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyevin sədrliyi ilə keçirilən iclasda rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, yerli sahibkarlar, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Aydın Hacıyevin, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Ramiz İmanovun və rayonun baş memarı Sənan Mustafayevin məruzələri dinlənilib. Qeyd olunub ki, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası Ağstafa rayonunda tədbirlər planına uyğun olaraq həyata keçirilir. Dövlət Proqramında Ağstafa rayonunda 7 sahə üzrə 17 tədbirin reallaşdırılması nəzərdə tutulur. Bunlardan biri olan kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahəsində Almaniyanın qabaqcıl şirkətlərinin iştirak etdiyi “Ağstafa Aqroservis” MMC-nin 2-ci layihəsini təşkil edən Ağstafa Aqrar Sənaye Kompleksinin tikinti işləri sürətlə davam etdirilir. Layihə üzrə paxlalı bitkilərin toxumu istehsalı zavodunun, çeşidləmə-qurutma və saxlama anbarının, dəyirman kompleksi, çörək və yarımfabrikat zavodunun, makaron zavodunun, 2400 kvadratmetr sahədə müasir ticarət mərkəzinin, “Aqrar market” və “Fast Food” tipli iaşə obyektinin, həmçinin 280 oturacaq yeri olan çox funksiyalı multifunksional konfrans, sərgi və “4K sinema” zalının, 130 yerlik yeraltı avtomobil dayanacağının inşası işləri sürətlə aparılır.

Qeyd olunub ki, ötən dövrdə meyvəçiliyin inkişaf etdirilməsi üçün soyuducu anbar və istixana kompleksləri, meyvə qəbulu və meyvə şirəsi istehsalı müəssisəsi, müasir anbar binaları, ərik, xurma və üzüm bağlarının salınması üçün “Karvan-L EKO” MMC tərəfindən sənaye parkında tikinti işləri davam etdirilir. Rayonda iri taxılçılıq təsərrüfatlarının yaradılması ilə əlaqədar 3800 hektar torpaq sahəsi ayrılıb və sənədləşmə işləri aparılır. Üzümçülüyün inkişafı ilə əlaqədar 92 hektar sahədə süfrə sortu olan yeni üzüm bağları salınıb.

Rayonda cari ilin ötən dövründə həyata keçirilmiş bir sıra tədbirlər nəticəsində 430 yeni iş yeri yaradılıb. Şura yığıncağında Dövlət Proqramı ilə bağlı rayonda aparılan digər işlər də hərtərəfli təhlil olunub. Gündəlikdə duran məsələ ətrafında geniş müzakirələr aparılıb, aidiyyəti üzrə təşkilat rəhbərlərinin çıxışları dinlənilib.

Eləcə də bax: Azərbaycan yetişdirilən güldən hazırlanan yağın 1 litri 12 min avroya satılır - REPORTAJ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0067
  • ₽ RUB
    0.0272