SƏNAYE

İstifadəsiz qalan 255 min hektara yaxın kənd təsərrüfatı təyinatlı torpaqlar geri alınıb
06 İYUN
123

İstifadəsiz qalan 255 min hektara yaxın kənd təsərrüfatı təyinatlı torpaqlar geri alınıb

2018-06-06 14:10:00

Azərbaycanda 44 rayon üzrə 1500-ə yaxın hüquqi və fiziki şəxs tərəfindən kənd təsərrüfatı təyinatlı torpaqların səmərəsiz və ya ümumiyyətlə, istifadəsiz qalması faktları aşkarlanıb. Bunu Əmlak Məsələri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında deyib.

Təmizlik Xidmətinə 50% ENDİRİM!

O bildirib ki, aparılan tədbirlər nəticəsində istifadəsiz qalmış 255 min hektara yaxın kənd təsərrüfatı təyinatlı torpaqlar geri qaytarılaraq təkrar istifadəyə verilib.

Sədr müavininin sözlərinə görə, monitorinqlər nəticəsində qanunsuz hasarlanma və zəbt olunma halları daha çox Abşeron, Beyləqan, Bərdə, Göygöl, Sabirabad, Salyan, Goranboy, Xaçmaz rayonlarında aşkarlanıb, Neftçala, Samux, Hacıqabul, Şamaxı, Xızı, Ağstafa rayonlarında isə daha çox istifadəsiz torpaqlar müəyyənləşdirilib.

R.Cəlilov vurğulayıb ki, mülkiyyət növündən və təyinatında asılı olmayaraq bütün torplaqların uçotu komitə tərəfindən aparılır. O qeyd edib ki, komitə bu işləri yeni texniki vasitəlrələ həyata keçirir: “Bütün ölkənin ərazisi mühəndislər tərəfindən dəqiq ölçülür. (Report.az)

Eləcə də bax: Azərbaycan yetişdirilən güldən hazırlanan yağın 1 litri 12 min avroya satılır - REPORTAJ

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9745
  • ₽ RUB
    0.0267