SƏNAYE

Tərtərli fermerlər nə əkib-becərir?
05 İYUN
307

Tərtərli fermerlər nə əkib-becərir?

2018-06-05 14:40:00

Respublikanın hər yerində olduğu kimi, cəbhə bölgəsində yerləşən Tərtər rayonunda da yaz-tarla işləri uğurla davam etdirilir. Kəndlilər, torpaq mülkiyyətçiləri əkin-səpin aparır, torpağa və bitkilərə lazımi aqrotexniki qulluq edirlər.

Rayon Statistika İdarəsindən bildiriblər ki, bu günədək 8078,8 hektar sahədə yazlıq səpin həyata keçirilib. Bunun 3300 hektarı pambıq, 859 hektarı şəkər çuğunduru, 1434,9 hektarı dən üçün günəbaxan, 1014,7 hektarı müxtəlif növ tərəvəz bitkiləri, 487,4 hektarı kartof, 107 hektarı dən üçün qarğıdalı, 31,7 hektarı noxud, 5 hektarı darı, 18 hektarı soya, 7,9 hektarı lobya, 812,2 hektarı yem bitkiləri, 1 hektarı bostan bitkiləridir.

Tərtər rayonunda arpa biçininə də start verilib. 4010,7 hektarda arpa becərən tərtərli torpaq mülkiyyətçiləri 27 hektar sahədə biçin aparıblar. Sahələrdən 100,4 ton məhsul toplanıb. Hər hektardan məhsuldarlıq 37,2 sentnerdir. (Azərtac)

Eləcə də bax: Azərbaycan yetişdirilən güldən hazırlanan yağın 1 litri 12 min avroya satılır - REPORTAJ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256