SƏNAYE

Mingəçevirdə qeyri-adi NAR yetişdirilib
05 İYUN
195

Mingəçevirdə qeyri-adi NAR yetişdirilib

2018-06-05 13:56:00

Birillik, sarmaşıq formasında olan Qüdrət narı yay aylarında çiçək açır. Kənarları dişli yarpaqları yelpik şəklində, yumşaq olur. Sarı rəngli kiçik çiçəkləri var. 
Meyvələri kal halda yaşıl, yetişəndə isə narıncı qırmızı rəngdə, 10-20 sm uzunluğunda, girintili-çıxıntılıdır. Meyvə yetişincə, qabığı 3 ayrı parça halında, geriyə bükülərək çox sayda, qırmızı-qəhvəyi rəngdə və ya ağ rəngli nüvələri ortaya çıxar. Toxumları 7–10 mm boyunda, yastıdır. Latıncada “momordica”-dişləmək mənasını verir, yarpaqlarının sanki yeyilmiş kimi göründüyü üçün bu ad verilmişdir. Öz suyu çox acıdır.
Maraqlıdır ki, bu bitki növü artıq Azərbaycanda da yetişdirilir. Respublikanın bəzi bölgələrində olduğu kimi Mingəçevirdə də Qüdrət narının yetişdirilməsinə maraq göstərənlər var. Tərəvəzçilik sovxozu yaşayış massivinin sakini Qardaşxan Abdullayev öz həyətində yetişdirdiyi Qüdrət narını bir nümunə kimi təqdim edib. (Aqrobiznes)

Təmizlik Xidmətinə 50% ENDİRİM!

"MİNGƏÇEVİR" qəzeti

Eləcə də bax: Azərbaycan yetişdirilən güldən hazırlanan yağın 1 litri 12 min avroya satılır - REPORTAJ

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9745
  • ₽ RUB
    0.0267