SƏNAYE

Yəhudilər yeni qarpız növü icad edib
05 İYUN
2412

Yəhudilər yeni qarpız növü icad edib

2018-06-05 11:44:00

İsraildə fəaliyyət göstərən “Zraim-Geder” şirkətinin seleksiyaçıları tərəfindən yetişdirilən “Passionation” adı verilmiş qarpız növü bazarlarda yüksək qiymət alıb.  
Yeni növ öz şirinliyi, sululuğu, rəngi, şəkərliliyi ilə orqanizmin tələblərinə tam cavab verir. Yeyənlər deyirlər ki,  ağızda tez əriyir,  tumlarının olmaması isə yeyilməsini daha da asanlaşdırır. Bu qarpız soyuducuda saxlamaq üçün ideal həcmə malikdir, hətta kəsilməmiş halda belə. Qarpız uzun müddət heç bir dad və görünüşünü dəyişmədən qalır.  Şirkətdə bildiriblər ki, yerli və xarici bazara  bu cür qarpız növü çıxarmağı çoxdan planlaşdırılırdı. Qarpızın İsraildəki bütün fermer təsərrüfatlarında  yetişdirilməsi nəzərdə tutulub. (moderator.az)

Təmizlik Xidmətinə 50% ENDİRİM!

Eləcə də bax: Azərbaycan yetişdirilən güldən hazırlanan yağın 1 litri 12 min avroya satılır - REPORTAJ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9658
  • ₽ RUB
    0.0267