SƏNAYE

Azərbaycan hansı ölkələrdə nar ixrac edir?
04 İYUN
267

Azərbaycan hansı ölkələrdə nar ixrac edir?

2018-06-04 14:17:00

Azərbaycanda narın məhsuldarlığını artırmaq lazımdır. Bunu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) vitse-prezidenti Yusif Abdullayev deyib.

O bildirib ki, bu sahədə potensial var: “Məsələn, İsraildə nar cəmi 200 hektar sahədə yetişdirilir, məhsuldarlıq isə 60 min tonu ötür. Azərbaycanda da məhsuldarlığı artırmaq lazımdır. Fermerlər və istehsalçılar fəal şəkildə subsidiyalar və güzəştlər üçün müraciət etməlidir”.

Öz növbəsində Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Fərhad Qaraşov qeyd edib ki, nar və nar məhsulları istehsalçıları keyfiyyətli məhsul istehsal etməklə bu sahədə ixrac potensialını artırmalıdır:

“Qeyd edim ki, Azərbaycan istehsalı olan nar məhsulları Avstraliyadan Kanadayadək müxtəlif ölkələrə ixrac olunur. Bu, nar şirəsi, narşərab və digər məhsullardır”. (Trend)

Eləcə də bax: Azərbaycan yetişdirilən güldən hazırlanan yağın 1 litri 12 min avroya satılır - REPORTAJ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9649
  • ₽ RUB
    0.0260