SƏNAYE

Əkin sahələrinin yandırılması düzgündürmü?!
04 İYUN
252

Əkin sahələrinin yandırılması düzgündürmü?!

2018-06-04 11:39:00

Artıq biçin prosesinə strat verilib, indi arpanın biçini gedir, bir neçə gündən sonra isə buğda biçini başlayacaq. Ənənəvi olaraq fermerlər biçin aparılan sahələri yandıracaqlar. Bəs bu aqrotexniki baxımdan düzgündürmü?
Hesablamalara görə, hər il Azərbaycanda kövşənliklərin təqribən 40%-i yandırılır. Bu zaman meşəqoruyucu zolaqlar da yanır, çoxlu miqdarda quş, kirpi, dovşan və digər heyvanlar məhv olur. Torpağa ziyan dəyir: münbit qat məhv olur, məhsuldarlıq azalır. Sahənin yandırılmasında torpağın hər hektarında üzvi maddənin və səth qatının elə miqdarı məhv edilir ki, onun əvəz olunmasından ötrü torpağın hər hektarına  təxminən 15 ton peyin verilməlidir. 
Çoxları düşünür ki, kül tarlanı yaxşı gübrələyir, mineral və üzvi gübrələrə qənaət olunur. Bəzi təsərrüfatçılara elə gəlir ki, kövşənlikləri yandırma ziyanvericilərin və xəstəliklərin kökünü kəsməyə kömək edir və tarlaları təmizləyir. Lakin bunlar yalnış fikirlərdir. Yanğın nəticəsində tarlalarda mikroflora məhv olur, torpaqda münbit qat - humus toplanması dayanır, atmosfer havası çirklənir. Lakin çoxları bilmir ki, biçin zamanı sahəyə tökülmüş  bitki qalıqlarının minerallaşması nəticəsində torpaq üzvi maddələrlə zənginləşir.Ona görə yandırmaq sərfəli üsul deyil.
Digər tərəfdən bu hərəkətin məsuliyyət tərəfi də var. İnzibati Xətalar Məcəlləsinin 244-1 maddəsinə (Əkin yerlərinin yandırılması) görə, əkin yerlərinin yandırılmasına görə fiziki şəxslər 400 manatdan 600 manata qədər, vəzifəli şəxslər 1 500 manatdan 2 000 manata qədər, hüquqi şəxslər isə 5 000 manatdan 6 000 manata qədər cərimələnir. 

“Aqrobiznes”

Eləcə də bax: Azərbaycan yetişdirilən güldən hazırlanan yağın 1 litri 12 min avroya satılır - REPORTAJ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9649
  • ₽ RUB
    0.0260