SƏNAYE

Bu traktora sürücü lazım deyil
04 İYUN
261

Bu traktora sürücü lazım deyil

2018-06-04 11:34:00

Yaponiyanın Kioto şəhərində işə başlayan Beynəlxalq Elm və Texnologiyalar Cəmiyyətdə Forumunda yeni yapon istehsalı olan pilotsuz traktorun təqdimatı keçirilib. Yeniliyi forumda iştirak edən Yaponiya hökumətinin başçısı Şinzo Abe təqdim edib. Yaponiya hökumətinin başçısı bildirib ki, bu traktorlar istənilən iqlim şəraitində müstəqil işləyəcək və yapon fermerlərin işlərini stimullaşdıracaq. Bundan başqa fermerlərin təsərrüfatla bağlı problemlərinin həlli asanlaşacaq. Nazir qeyd edib ki, bu yeni texnika yalnız hərəkət etmir, eyni zamanda, GPS naviqasiya sistemi vasitəsilə bir-biri ilə “ünsiyyət” yaradır. Şinzo Abe həmçinin əlavə edib ki, yalnız bir ölkənin deyil, bütün dünyanın gələcəyi innovasiya və texnologiyaların inkişafı ilə bağlıdır.
Qeyd edək ki, bu nüfuzlu tədbir hər il Kioto şəhərində hökumət nümayəndələri, şirkət rəhbərləri və dünyanın müxtəlif ölkələrinin elm ictimaiyyətinin üzvlərinin iştirakı ilə keçirilir.

"Xalq qəzeti"

Eləcə də bax: Azərbaycan yetişdirilən güldən hazırlanan yağın 1 litri 12 min avroya satılır - REPORTAJ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9274
  • ₽ RUB
    0.0254