SƏNAYE

Fitosanitar müfəttişlərə FAO-nun sertifikatı təqdim olunub - FOTOLAR
01 İYUN
196

Fitosanitar müfəttişlərə FAO-nun sertifikatı təqdim olunub - FOTOLAR

2018-06-01 13:46:00

29 may 2018-ci il tarixində başlayan BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) “Azərbaycanda fitosanitar nəzarətin və diaqnostika xidmətlərinin gücləndirilməsi” layihəsi çərçivəsində təşkil olunan “Bitki və bitkiçilik məhsullarının idxalının yoxlanması üzrə Dövlət Fitosanitar Nəzarəti Xidməti və Dövlət Gömrük Komitəsinin müfəttişləri üçün təlim” başa çatıb.
Tədbirdə çıxış edən Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi, layihənin milli koordinatoru Camal Quliyev təlimdə iştirak edən fitosanitar müfəttişlərə uğurlar arzu edib: “İdxal olunan karantin nəzarətində olan mikroorqanizmlər üzərində fitosanitar nəzarətin təmin olunması çətin və məsuliyyətlidir. Sizə respublikamızın bitki örtüyünün zərərli orqanizmlərdən qorunmasında daha məsuliyyətli olmağı tövsiyyə edirəm. İnanıram ki, fitosanitar müfəttişlər bundan sonrakı fəaliyyətlərində daha məsuliyyətli olacaq, respublikamıza idxal olunan məhsulların beynəlxalq fitosanitar tələblərə uyğun olmasını diqqətdə saxlayaraq, ölkəmizin zəngin bitki örtüyünün qorunmasına öz töhfələrini verəcəklər”.
Dövlət Gömrük Komitəsinin Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Cavad Qasımov da bu tədbirin əhəmiyyəti barədə danışıb və iştirakçılara uğurlar arzu edib.
Təlimin sonunda Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev, Dövlət Gömrük Komitəsinin Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Cavad Qasımov  və FAO-nun beynəlxalq məsləhətçisi Rinqols Arnitis tərəfindən təlimin iştirakçılarına FAO-nun sertifikatları təqdim edilib.

Təmizlik Xidmətinə 50% ENDİRİM!

Eləcə də bax: Çin şirkəti Hövsanda aqropark layihəsinə 140 milyon dollar xərcləyəcək - FOTOLAR

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9745
  • ₽ RUB
    0.0267