SƏNAYE

Azərbaycanın quru və dəniz yataqlarından hasilatın həcmi açıqlanıb
30 MAY
208

Azərbaycanın quru və dəniz yataqlarından hasilatın həcmi açıqlanıb

2018-05-30 16:53:00

İndiyə qədər Azərbaycanın dənizdəki yataqlarından 1 042 mln. ton neft və 668 mlrd. kubmetr qaz hasil edilib. Bu barədə Bakıda keçirilən 25-ci Beynəlxalq Xəzər Neft və Qaz “Caspian Oil and Gas” konfransında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifov məlumat verib. O qeyd edib ki, quruda yerləşən yataqlardan isə hasilatın həcmi 977 mln.ton neft və 139 mlrd.kubmetr qaz olub. "İndiyədək dənizdə və quruda ümumilikdə 83 yataq kəşf olunub. Kəşf olunan yataqlardan 62-si istismardadır", - deyə o, qeyd edib. (Report.az)

Təmizlik Xidmətinə 50% ENDİRİM!

Eləcə də bax: Çin şirkəti Hövsanda aqropark layihəsinə 140 milyon dollar xərcləyəcək - FOTOLAR

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9745
  • ₽ RUB
    0.0267