SƏNAYE

Çiyələkdən ehtiyatlı olun...
29 MAY
473

Çiyələkdən ehtiyatlı olun...

2018-05-29 18:51:00

Rusiya Federal Baytarlıq və Fitosanitar Nəzarət Xidməti Çindən idxal olunan çiyələklərdə antibiotiklər aşkar edib. Primorsk diyarında və Saxalində Çindən gətirilmiş 8 tona yaxın çiyələkdə lüfenuron pestisidi tapılıb. Meyvə-tərəvəz məhsullarının daşınması və saxlanması zamanı antibiotiklərin istifadəsinə qadağa mövcud olmadığı üçün Rusiyada bu məhsulların idxalına qadağa qoyulması mümkün deyil. 
Bizim Dövlət Fitosanitar Nəzarəti Xidmətindən bildirilib ki, Azərbaycan çiyələk istehsalçısı olduğu üçün heç bir ölkədən, eləcə də Çindən çiyələk  idxal etmir. 2018-ci ilin ilk dörd ayı ərzində yalnız Türkiyədən kiçik həcmdə - 20.61 ton  çiyələk idxal olunub. Bu məhsuldan götürülən nümunələr Dövlət Xidmətinin müvafiq laboratoriyalarında müayinə olunub və məhsulun tərkibində heç bir zəhərli maddə və ya zərərverici aşkar olunmayıb.  (Aqrobiznes)

Eləcə də bax: Siyirtmə, quyu qapağı, yağış barmaqlıqları, yanğın hidrantı necə istehsal olunur? - FOTOLAR

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9349
  • ₽ RUB
    0.0253