SƏNAYE

Rəcəb Tayyib Ərdoğan TANAP layihəsini şərh etdi - SİTAT
29 MAY
193

Rəcəb Tayyib Ərdoğan TANAP layihəsini şərh etdi - SİTAT

2018-05-29 17:54:00

TANAP bölgənin taleyini dəyişdirəcək əhəmiyyətə malik əməkdaşlığın bəhrəsidir. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasiminin iştirakçılarına ünvanlandığı məktubunda deyib.

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

“Türkiyəyə və Avropanın digər ölkələrinə Azərbaycan qazını çatdıracaq Transanadolu təbii qaz boru kəmərinə ilk qazın verilməsi münasibətilə keçirilən bu mərasimin xeyirli olmasını diləyirəm. İstər Azərbaycan ilə ikitərəfli, istərsə də regional əməkdaşlığımız baxımından örnək bir layihə olan TANAP-ın tamamlanması hamımız üçün qürur mənbəyidir. Bundan əvvəl uğurla həyata keçirdiyimiz Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum boru kəmərləri və nəqliyyat sahəsində Bakı-Tbilisi-Qars dəmir yolundan sonra TANAP da bölgənin taleyini dəyişdirəcək əhəmiyyətə malik əməkdaşlığımızın bir başqa bəhrəsidir. TANAP-ın reallaşmasında ABŞ-ın və Avropa İttifaqının dəstəyi də əhəmiyyətli olmuşdur. Birlikdə atdığımız addımlar bu tarixi layihənin sürətlə və problemsiz başa çatdırılmasında önəmli rol oynamışdır. Bundan sonrakı müddətdə Avropaya yeni bir mənbədən qaz nəqlini mümkün edəcək Cənub Qaz Dəhlizinin digər layihələrinin də vaxtında başa çatdırılması mühüm əhəmiyyət daşıyır”, - deyə Türkiyə Prezidenti bildirib.

Eləcə də bax: Xaricdən gətirilən kərə yağları ilə bağlı RƏSMİ AÇIQLAMA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9828
  • ₽ RUB
    0.0267