SƏNAYE

Süd emalı və istehsalı ilə məşğul olan sahibkarlarla görüş keçirilib - FOTOLAR
29 MAY
145

Süd emalı və istehsalı ilə məşğul olan sahibkarlarla görüş keçirilib - FOTOLAR

2018-05-29 16:47:00

Bu gün Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində(AQTA) süd emalı və istehsalı ilə məşğul olan sahibkarlarla görüş keçirilib.

Süd məhsulları istehsalı sahəsində çalışan sahibkarların dinlənildiyi görüşdə əhalinin sağlam və təhlükəsiz süd məhsulları ilə təmin edilməsinin qarşıda duran əsas vəzifə olduğu bildirilib, beynəlxalq standartlara uyğun, yüksək keyfiyyətli süd məhsullarının istehsalı və  beynəlxalq bazarlara çıxış imkanları müzakirə olunub, sahibkarların sualları cavablandırılıb.

Agentliyin Aparat rəhbəri Rəşad Mafusovqida məhsullarının istehsalı, tədarükü, qablaşdırılması, saxlanması, daşınması və dövriyyəsi, eləcə də ictimai iaşə və xidmət sahələrində istifadəsi ilə bağlı qanunvericiliyin tələblərini sahibkarlara izah edib. O bildirib ki, Agentlik qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin və qida məhsulları istehlakçılarının qida təhlükəsizliyi ilə bağlı maarifləndirilməsi, habelə yerli istehsalçıların dəstəklənməsi istiqamətində lazım olan bütün tədbirləri həyata keçirəcək.

Eləcə də bax: Xaricdən gətirilən kərə yağları ilə bağlı RƏSMİ AÇIQLAMA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9423
  • ₽ RUB
    0.0253