SƏNAYE

SOCAR Türkiyədə yeni neft-kimya kompleksi tikəcək
29 MAY
147

SOCAR Türkiyədə yeni neft-kimya kompleksi tikəcək

2018-05-29 14:12:00

Gələn ilin I rübündə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İzmirdə (Türkiyə) həyata keçirməyi planlaşdırdığı yeni neft-kimya kompleksi layihəsinin investisiya qərarının qəbul olunması gözlənilir. Bunu "SOCAR Turkey Enerji A.Ş"nin baş direktoru Zaur Qəhrəmanov jurnalistlərə bildirib.

Təmizlik Xidmətinə 50% ENDİRİM!

Onun sözlərinə görə, yeni layihənin mühəndislik işləri davam edir: "Bu ilin sonuna bu işlərin yekunlaşması gözlənilir. Gələn ilin I rübündə yekun investisiya qərarını qəbul etməyə hazırlaşırıq. BP və "Axens" şirkətlərindən lazımi lisenziyalar alınıb. Yeni kompleksdən, təxminən, əlavə 1 mln. ton Saf Tereftal Turşusu (PTA) və polipropilen istehsalı planlaşdırılır". (Report.az)

Eləcə də bax: Siyirtmə, quyu qapağı, yağış barmaqlıqları, yanğın hidrantı necə istehsal olunur? - FOTOLAR

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9810
  • ₽ RUB
    0.0269