SƏNAYE

“Mətanət A” Şirkəti aztəminatlı ailələri sevindirdi
29 MAY
199

“Mətanət A” Şirkəti aztəminatlı ailələri sevindirdi

2018-05-29 10:15:00

Yalnız bayramlarda deyil, ilin bütün aylarında aztəminatlı insanları sevindirmək ənənəsinə sadiq qalan “Mətanət A” şirkəti bu qəbildən növbəti aksiyasını keçirib. Şirkət yardıma ehtiyacı olan ailələrə Ramazan sovqatı paylayıb, 50 evdə iftar süfrələrini “Mətanət” A şirkətinin hədiyyəsi olan ərzaqlardan hazırlanmış yeməklər bəzəyib. Şirkət əməkdaşları paytaxtı gəzərək zəruri ərzaq məhsulları yerləşdirilmiş hədiyyə paketlərini yardıma ehtiyacı olan insanlara və ailələrə paylayıblar. Bunlar əsasən ailə başçısını itirmiş, sabit gəliri olmayan, aztəminatlı, çoxuşaqlı ailələr, xəstə və ahıllardır. Həmçinin küçələrimizin təmizliyini təmin edən bir qrup soydaşımız da “Mətanət A”-nın Ramazan sovqatı ilə sevindirilib. Böyük sürprizlə qarşılaşan insanlar bu diqqətə və insanpərvərliyə görə “Mətanət A” şirkətinə təşəkkür ediblər.
Şirkətin bu xoşməramlı aksiyası Ramazan ayı boyunca davam edəcək. Ayın sonuna qədər daha 50 aztəminatlı ailəyə yardım edilməsi nəzərdə tutulub.

Eləcə də bax: Bakıda iki əsr fəaliyyət göstərən zavod bağlandı

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9570
  • ₽ RUB
    0.0259