SƏNAYE

Dövlət xidməti sahibkarlara pul verəcək
24 MAY
351

Dövlət xidməti sahibkarlara pul verəcək

2018-05-24 12:33:00

Aqrar sahənin inkişafı üçün ölkədə fermer və kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan sahibkarların güzəştli kreditlərə çıxış imkanlarının artırılması vacibdir.

Bu sözləri mayın 24-də Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin sahibkarlarla görüşündə xidmət rəisi Mirzə Əliyev deyib.

Xidmət rəisi qeyd edib ki, kreditlərin verilməsində şəffaflığı təmin etmək, aqrar sahə üçün kreditləri daha əlçatan etmək qarşıda duran vəzifələrdən biridir.

Vurğulanıb ki, ilin sonunadək dövlət xidməti tərəfindən fermerlərə minimum 1000 manat, maksimum isə 200 min manat kredit verilməsi nəzərdə tutulur. Gələcəkdə daha böyük həcmdə kreditlərin verilməsi də planlaşdırılır.

Eləcə də bax: Bakıda iki əsr fəaliyyət göstərən zavod bağlandı

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256