SƏNAYE

Türkiyə səfiri: "TANAP Avropanın enerji təhlükəsizliyi üçün çox vacibdir"
24 MAY
121

Türkiyə səfiri: "TANAP Avropanın enerji təhlükəsizliyi üçün çox vacibdir"

2018-05-24 12:31:00

Türkmənistanın Cənub Qaz Dəhlizi layihəsində iştirak imkanı əhəmiyyət kəsb edir. Bunu "Türkmengaz" dövlət konsorsiumun sədri Mırat Arçayev Türkmənistanın "Avaza" milli turizm kompleksində keçirilən IX Beynəlxalq Qaz Forumunda bildirib.

Təmizlik Xidmətinə 50% ENDİRİM!

Onun sözlərinə görə, Türkmənistan qazını TANAP və TAP layihələri vasitəsilə Avropa bazarlarına çatdırmağa imkan verəcək Transxəzər boru kəməri layihəsi gündəmdən çıxarılmayıb.

Öz növbəsində Türkiyənin Türkmənistandakı səfiri Mustafa Kapucu bildirib ki, TANAP layihəsi Avropanın enerji təhlükəsizliyi üçün çox vacibdir və iştirakçı ölkələr Türkmənistanın Cənub Qaz Dəhlizi layihəsinə qatılmasında maraqlıdırlar: "Ona görə hamı Xəzər konvensiyasının imzalanmasını və Xəzərin statusunun müəyyənləşdirilməsini gözləyir. Türkmənistandan Azərbaycana Xəzər dənizinin dibi ilə qaz kəmərinin çəkilməsi və türkmən qazının Avropaya TANAP vasitəsi ilə nəql etmək imkanı layihənin rentabelliyini artıracaq". (Report.az)

Eləcə də bax: Bakıda iki əsr fəaliyyət göstərən zavod bağlandı

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0067
  • ₽ RUB
    0.0272