SƏNAYE

Sumqayıt Kimya Sənaye Parkında 7 yeni müəssisə istifadəyə veriləcək
23 MAY
240

Sumqayıt Kimya Sənaye Parkında 7 yeni müəssisə istifadəyə veriləcək

2018-05-23 11:04:00

17 rezidenti olan Sumqayıt Kimya Sənaye Parkında həyata keçirilən layihələrə rezidentlər tərəfindən 3 mlrd. dollara yaxın sərmayə qoyulacaq. Bunu İqtisadiyyat naziri Şahin Mustafayev nazirlikdə keçirilən kollegiya iclasında bildirib. Hazırda Sənaye Parkında 6 müəssisə fəaliyyət göstərir. 2018-ci ildə müxtəlif tipli tikinti məhsulları (qatqıları) istehsal edəcək Silisium Kalsium İstehsalat Müəssisəsi, Tütün məmulatları (siqaret) istehsal edəcək “Tabaterra” QSC, Karbamid (azot  gübrəsi) istehsal edəcək SOCAR-ın Karbamid Zavodu, “Polipropilen və yüksək sıxlıqlı polietilen istehsal edəcək “SOCAR Polymer” MMC, Ferrosilisium (FeSi) və ferrosilikomanqan (FeSiMn) istehsal edəcək Bakı Əlvan Metallar və Ferroərintilər Zavodu, sənaye istifadəsi üçün polimerdən kisə və torbalar istehsal edəcək “SumPlast” MMC və Məlumatların (datanın) emalını həyata keçirəcək “Nexus Labs” MMC olmaqla, ümumilikdə 7 müəssisənin istifadəyə verilməsi nəzərdə tutulur. Sahibkarların artan marağı nəzərə alınaraq, Parkın ərazisinin genişləndirilməsi istiqamətində hüquqi sənədlərin hazırlanması işləri başa çatdırılıb.

Eləcə də bax: Tərtərdə qəribə ağac: 14 növ gilas 1 ağacda yetişir - VİDEO

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0255