SƏNAYE

Metal hasarlar necə hazırlanır?
22 MAY
393

Metal hasarlar necə hazırlanır?

2018-05-22 16:27:00

"Azertexnolayn" Zavodunun Metal Hasar İstehsalı Sexində eni 2.5 metr və hündürlüyü 2.5 metrə qədər olan tel hasarlar istehsal edilir. Hasarların hazırlanmasında sinklənmiş tellər istifadə olunduğundan məhsulun korroziyaya davamlılığı olduqca yüksəkdir. Rulon şəklində gələn tellər ilk olaraq düz formaya salınaraq kəsilir. Daha sonra qaynaq olunur. Sifarişə əsasən istehsal olunan hasara qəlib vasitəsilə bükülmələr verilir. Son mərhələdə məhsul istənilən rəng ilə boyanaraq qurutma xəttinə daxil olur. Boyama mərhələsi elektrostatik toz boya vasitəsilə, bişirmə üsulu ilə həyata keçirilir. Sexdə xüsusi olaraq hasarlara uyğun dirək və dayaqlar da hazırlanır. Tel hasarlar bir-birinə dirək və klipslər vasitəsilə bərkidilir. İstehsal olunan hasarların bütün montaj hissələri zavod tərəfindən təmin edilir. Sifarişə uyğun olaraq hasarların üstünə meyllilik vermək və tikanlı məftil əlavə etmək mümkündür.

Eləcə də bax: İnam Kərimovun bölgələrə səfəri davam edir - FOTOLAR

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0255