SƏNAYE

Siyirtmə, quyu qapağı, yağış barmaqlıqları, yanğın hidrantı necə istehsal olunur? - FOTOLAR
22 MAY
709

Siyirtmə, quyu qapağı, yağış barmaqlıqları, yanğın hidrantı necə istehsal olunur? - FOTOLAR

2018-05-22 16:05:00

Texniki Avadanlıqlar Zavodu lazımi dizayn, modelləşdirmə,  qəlibləmə, istehsal, texniki baxış və quraşdırma xidmətinə malik olan əsas sahələrdən biridir. Fins.az xəbər verir ki, zavodda sürgülü siyirtmə, dairəvi siyirtmə, quyu qapağı, yağış barmaqlıqları, yanğın hidrantı, demontaj parçaları, siyirtmə qovşağı, əks klapan, təmizləyici qurğular, bulaq qurğusu və başqa bu kimi texniki məhsullar istehsal olunur. Texniki Avadanlıqlar Zavodu istehsal və tökmə avadanlıqları ilə təchiz olunub. Sumqayıt Kimya Sənaye Parkı (SKSP) ərazisində yerləşən zavod 8000 m2 açıq, 13000 m2 qapalı sahəni əhatə edir. Zavodun illik istehsal həcmi 10000 ton-dur. İstehsal prosesi aşağıda qeyd olunan ardıcıllıqla yerinə yetirilir: lahiyələndirmə və üç ölçülü modelləşdirmə

• Sonlu elementlərin təhlili

• Qəlib istehsalı

• Tökmə

• Emal

• Boyama

• Müştəri tələbindən asılı olaraq standartlar (EN, GOST, API, ASME) daxilində içməli və tullantı su xətlərinə quraşdırılmaq üçün müxtəlif çeşiddə məhsullar istehsal olunur. Boyama prosesi ikiqat olaraq, elektrostatik toz epoksidlə yerinə yetirilir. Bütün məhsulların tam yararlı olmasına əmin olmaq üçün onlar əvvəlcədən sınaqdan keçirilir.

Eləcə də bax: İnam Kərimovun bölgələrə səfəri davam edir - FOTOLAR

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256