SƏNAYE

TAPI: qaz kəmərinin tikintisi nəzərdə tutulan qrafikə uyğun davam etdirilir
22 MAY
135

TAPI: qaz kəmərinin tikintisi nəzərdə tutulan qrafikə uyğun davam etdirilir

2018-05-22 14:49:00

Baş verən hadisəyə baxmayaraq, “TAPI Pipeline Company Limited” əfqan xalqına dinclik və sabitlik gətirəcək Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan qaz kəmərinin tikinti işlərini nəzərdə tutulan qrafikə uyğun davam etdirir.

Təmizlik Xidmətinə 50% ENDİRİM!

“TAPI Pipeline Company Limited”in mətbuat üçün məlumatında 2018-ci il mayın 21-də səhər saat 9-a yaxın naməlum adamlar tərəfindən hücum cəhdi olduğu qeyd edilir. İnsident Əfqanıstanın ən təhlükəli rayonlarından birində – Mayvand qəzasında baş verib.

Buna baxmayaraq, hazırda boru kəməri trasının Əfqanıstanda, o cümlədən adıçəkilən qəzada çöl tədqiqatlarının 70 faizi uğurla başa çatdırılıb və ya tamamlanma mərhələsindədir. 1500 nəfər əməkdaşın təhlükəsizliyi ilə bağlı heç bir problem müşahidə olunmayıb. Bu insident Əfqanıstan ərazisində aparılan çöl tədqiqatlarında baş verən ilk haldır.

Hadisə ilə bağlı araşdırma aparılır. Həmçinin layihə şirkəti tərəfindən podratçılarla birgə əməkdaşların təhlükəsizliyinin təminatı üzrə əlavə tədbirlər görülür.

Eləcə də bax: Professor İnam Kərimova müraciət etdi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9658
  • ₽ RUB
    0.0267