SƏNAYE

İnam Kərimovun bölgələrə səfəri davam edir - FOTOLAR
22 MAY
383

İnam Kərimovun bölgələrə səfəri davam edir - FOTOLAR

2018-05-22 13:25:00

Bölgələrə səfəri çərçivəsində kənd təsərrüfatı naziri İnam Kərimov Sabirabad rayon Kənd Təsərrüfatı İdarəsinin Bitki mühafizə, Aqrokimya və Toxumçuluq laboratoriyalarına baxış keçirib.

Nazirlikdən Fins.az-a verilən məlumata görə, nazirə rayonda yerləşən və pomidor yetişdirilən istixananın istehsal gücü barədə məlumat verilib.

Bildirilib ki, istixana kompleksi Hollandiya, İtaliya və Türkiyənin texnologiyaları əsasında qurulub, tam avtomatlaşdırılmış iqlim kontrol sistemləri, istilik-mühafizə pərdələri, havalandırma və suvarma sistemləri ilə təchiz edilib. Müasir texnologiyaların tətbiqi nəticəsində istehsal prosesində enerji xərclərinə qənaət edilir ki, bu da yetişdirilən tərəvəz məhsullarının maya dəyərinin aşağı olmasına və bazara rəqabətə davamlı məhsul çıxarılmasına imkan verir.

Kompleksdə ilkin olaraq faraş pomidor əkilir. Məlumat verilib ki, burada şitillərin tozlandırılması xüsusi işçi arılar vasitəsi ilə həyata keçirilir ki, nəticədə yüksək məhsuldarlıq əldə olunur. İstehsal prosesində yalnız orqanik gübrə və dərman preparatlarından istifadə olunur. Məhsulların itkisiz və qısa müddətdə istehlakçılara çatdırılması məqsədi ilə xüsusi nəqliyyat vasitələri alınıb. İstehsal olunan tərəvəz məhsulları daxili bazarla yanaşı, xarici ölkələrə də ixrac olunur. Kompleksdə məhsulların qablaşdırılması istehsal olunan tərəvəzin keyfiyyətini itirmədən istehlakçılara çatdırılmasına imkan verir. 

Eləcə də bax: Professor İnam Kərimova müraciət etdi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0256