SƏNAYE

Bərdədə 14 min hektardan çox sahədə yazlıq səpin aparılıb
21 MAY
171

Bərdədə 14 min hektardan çox sahədə yazlıq səpin aparılıb

2018-05-21 10:55:00

Bərdə rayonunda kəndli fermerlər və torpaq mülkiyyətçiləri yaz-tarla işlərini davam etdirirlər. Artıq təsərrüfatlarda 14 min 699 hektar sahədə yazlıq səpin həyata keçirilib.

Rayon Statistika İdarəsinin rəisi Əlövsət Məmmədov bildirib ki, yazlıq əkinlərin 100 hektarı qarğıdalı, 1763 hektarı çoxillik otlar, 9540 hektarı pambıq, 130 hektarı kartof, 1987 hektarı tərəvəz, 405 hektarı şəkər çuğunduru, 99 hektarı günəbaxan, 675 hektarı bostan bitkiləridir.

Hazırda sahələrdə yaz-tarla əkinləri davam edir. Rayonda ötən ilin payızında səpilmiş 13 min 153 hektar taxılın biçilməsinə hazırlıq görülür.

Eləcə də bax: Professor İnam Kərimova müraciət etdi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9852
  • ₽ RUB
    0.0255