SƏNAYE

Hollandiya bunu necə bacarır?
18 MAY
904

Hollandiya bunu necə bacarır?

2018-05-18 16:46:00

Bu ölkənin 16,5 milyon əhalisi var, məşğul əhalinin cəmi 4%-i  kənd təsərrüfatı sektoruda çalışır. Lakin ölkə üzrə ümumi ixracatın 20%-dən çoxu təmin olunur. Dünya üzrə  pomidor, xiyar və bibər ixracının üçdə birini hollandlar qarşılayır. 2014-cü ildən etibarən Hollandiya 85 milyard dollarlıq dəyərində  ixracla dünyanın ABŞ-dan sonra ən böyük ikinci kənd təsərrüfatı məhsulları ixracatçısı olaraq qalır. Müqayisə üçün bu rəqəm Türkiyənin kənd təsərrüfatı məhsulları  ixracından 5 dəfə çoxdur. 2016-cı ildə isə əvvəlki ilə nəzərən ixracı 4.4%  artıraraq 85 milyard avroya qaldırıb.
Bəs bunu necə bacarır? Gəlin araşdıraq: Onlar qərarlarını və məqsədlərini proqramlaşdırılmış şəkildə tətbiq edirlər, kənd təsərrüfatı siyasəti gələcək yönümlüdür.Yəni, elmin və texnologiyanın inkişafını nəzərə alıb bu sektorda innovativ məhsul və xidmətləri daim inkişaf etdirirlər.
Onilliklər ərzində Hollandiya kənd təsərrüfatı istehsal zəncirinin yenilənməsinə davamlı investisiya qoyaraq  beynəlxalq rəqiblər üzərində liderliyini qoruya bilir. Belə ki, fermerlər və istehsalçılar kənd təsərrüfatı istehsal zəncirində tam və effektiv tərəfdaşlardır. Bu, müvəffəqiyyətin ən vacib səbəblərindən biridir. İstehsal zəncirinin əsas vəzifəsi yenilikçi, sosial məsuliyyətli və davamlı metodlardan istifadə edərək optimal qiymət və keyfiyyət göstəriciləri ilə məhsullar istehsal etməkdir. 
Hollandiyada kənd təsərrüfatı sahəsində dünyanın ən uğurlu universiteti sayılan Wageningen Universiteti fəaliyyət göstərir. Aqrar sahədə texniki biliyin yüksək olması davamlı və məhsuldar kənd təsərrüfatının ən vacib əsaslarından biridir.
Bu ölkədə hər növ  kənd təsərrüfatı və qida məhsullarının emalında yüksək səviyyədə avtomatlaşdırılmış avadanlıqlardan istifadə edilir. Onlar  bu texnologiyaları yalnız istifadə etmir, həmçinin onların istehsalı və ixracı ilə də məşğuldurlar. Bununla belə, Hollandiya ərazisi çox kiçik olsa da (41 526 km²) yarıdan çoxu əkinçilikdə istifadə edilir, həm də coğrafi cəhətdən yaxşı yerləşib. Ölkə daxilindən 3 böyük çay axır, su qıtlığı yoxdur.
Görünən odur ki, kənd təsərrüfatı biliklərinin zənginliyi, məhsuldar torpaqları, intensiv istehsal, istehsalın keyfiyyəti və yüksək ticarət təcrübəsi ilə Hollandiya bu sektorda liderliyini davam etdirə bilir.

Təmizlik Xidmətinə 50% ENDİRİM!

Babək Yusifli (Aqrobiznes)

Eləcə də bax: Bizdə havayı, Avropada kiloqramı 2000 avroya olan MƏHSUL

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9745
  • ₽ RUB
    0.0267