SƏNAYE

Səngəçal terminalından ixrac artıb
17 MAY
169

Səngəçal terminalından ixrac artıb

2018-05-17 14:08:00

Bu ilin I rübü ərzində Səngəçal terminalından üçüncü tərəf həcmləri də daxil olmaqla təqribən 71 mln. barel neft və kondensat ixrac edilib.

Bu həcmin təqribən 63 mln. bareli (4% çox) Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə, 8 mln.bareli (6,7% çox) Qərb İxrac Boru Kəməri (Bakı-Supsa) marşrutu vasitəsilə və təqribən 0,4 mln. bareli (2,8 dəfə az) ayrıca kondensat ixrac kəməri vasitəsilə ixrac edilib.

Terminalın neft və kondensaat ixracı ötən ilin müvafiq dövründən 2,9% çoxdur.

Rüb ərzində terminaldan həmçinin gündəlik orta hesabla 30 mln. kubmetr (təqribən 1,1 mlrd. kubfut) “Şahdəniz” qazı ixrac edilib.Bu isə illik müqayisədə 13% çoxdur.

Qeyd edək ki, neft və qaz “Azəri-Çıraq-Günəşli” (AÇG) və "Şahdəniz" yataqlarından sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilir.

Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 mln. barel neft və "Şahdəniz" qazı üçün təqribən 30 mln. kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 50 mln. kubmetr təşkil edir.

Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK) və terminalın qaz emalı obyektlərini "Azəriqaz" İB-nin qazpaylama sistemi ilə birləşdirən SOCAR-a məxsus qaz kəməri ilə ixrac olunur.

Eləcə də bax: Bizdə havayı, Avropada kiloqramı 2000 avroya olan MƏHSUL

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0254