SƏNAYE

“Şahdəniz”ə I rübdə 538 mln. dollar xərclənib
17 MAY
136

“Şahdəniz”ə I rübdə 538 mln. dollar xərclənib

2018-05-17 13:48:00

Bu ilin I rübündə “Şahdəniz” konsorsiumu Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağının işlənməsi layihəsi üzrə fəaliyyətlərə 538 mln. ABŞ dolları xərcləyib.

Bu barədə yatağın operatoru “BP-Azerbaijan” şirkətinin I rübün yekunları ilə bağlı hesabatında qeyd olunub.

Bu məbləğin təqribən 123 mln. dolları (8,8% çox) əməliyyat xərcləri və təqribən 415 mln.dolları (2 dəfə az) əsaslı xərclər olub. Qeyd olunub ki, əsaslı xərclərin böyük əksəriyyəti “Şahdəniz 2” layihəsinə aiddir.

Xatırladaq ki, "Şahdəniz" yatağı Bakıdan 70 km cənub-şərqdə, suyun dərinliyinin 50-500 metr arasında dəyişdiyi Xəzər dənizinin şelf zonasında yerləşir. Yatağın ehtiyatları 1,2 trln. kubmetr qaz həcmində qiymətləndirilir. Yataq dünyanın ən iri qaz və qaz-kondensat yataqlarından hesab olunur.

"Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Layihədə BP (operator - 28,8%), "AzSD" (10%), "SGC Upstream" (6,7%), "Petronas" (15,5%), "LUKoil" (10%), NICO (10%) və TPAO (19%) şirkətləri iştirak edir. (Report.az)

Eləcə də bax: Bizdə havayı, Avropada kiloqramı 2000 avroya olan MƏHSUL

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9602
  • ₽ RUB
    0.0254