SƏNAYE

İtaliya və Misir şirkətləri Aralıq dənizində neft-qaz axtaracaq
17 MAY
173

İtaliya və Misir şirkətləri Aralıq dənizində neft-qaz axtaracaq

2018-05-17 12:27:00

İtaliyanın “Eni” və Misirin “Tharwa” şirkətləri arasında Aralıq dənizində neft və qaz kəşfiyyatı ilə bağlı 105 milyon dollarlıq müqavilə imzalanıb. Bu barədə Misirin neft naziri Tarek El-Molla deyib. Müqaviləyə əsasən, “Eni” və “Tharwa” növbəti 6 il ərzində 2 yeni quyunun qazma işlərini həyata keçirəcək. Misir Parlamenti müqaviləni təsdiq etdikdən sonra kəşfiyyata başlanılacaq.

Misir 2019-cu ildən təbii qaz idxalına son qoymağa və qaza olan tələbatı yerli ehtiyatlar hesabına ödəməyə çalışır. Nazir 2018-2019-cu maliyyə ili ərzində ölkənin neft-qaz sektoruna 10 milyard dollar xarici investisiya cəlb etmək niyyətində olduqlarını bildirib.

Qeyd edək ki, “Eni” şirkəti Misirin Aralıq dənizi sularında ən böyük qaz yatağı olan “Zohr”un kəşfi ilə məşhurlaşıb.

Eləcə də bax: Bizdə havayı, Avropada kiloqramı 2000 avroya olan MƏHSUL

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9876
  • ₽ RUB
    0.0249