SƏNAYE

Yevlaxda 2192 hektar sahəyə çiyid səpilib
16 MAY
102

Yevlaxda 2192 hektar sahəyə çiyid səpilib

2018-05-16 09:22:00

Yevlax rayonunda çiyid səpini başa çatmaq üzrədir. Yevlax Şəhər İcra Hakimiyyətindən bildiriblər ki, cari mövsümdə rayonda 2500 hektara çiyid səpilməsi nəzərdə tutulub. Pambıq istehsalçıları şum, arat, malalama işlərini vaxtında həyata keçirib, sahələrə üzvi və mineral gübrələr veriblər. Bu il 5 min tondan çox “ağ qızıl” istehsal etməyi qarşıya məqsəd qoyan Yevlax pambıqçıları səpin kampaniyasına mütəşəkkil başlayaraq qısa müddətdə 2192,8 hektar sahəyə çiyid səpiblər. Rayonda fəaliyyət göstərən “MKT” MMC 1280,8, “Kənd Təsərrüfatı” MMC 826 hektar sahəyə toxum səpib. Fərdi qaydada isə 86 hektar sahədə səpin həyata keçirilib. Səpinə kifayət qədər aqreqat cəlb olunub və bir həftə ərzində səpin işlərinin tam başa çatdırılması nəzərdə tutulur.

İlkin səpin keçirilən və düzgün aqrotexniki qulluq sayəsində 1738 hektar sahədə yaxşı çıxış alınıb. Pambıqçılar bu sahələrdə artıq becərmə işlərinə başlayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9602
  • ₽ RUB
    0.0254