SƏNAYE

Qazaxda tütün əkini sahələri 60 hektara çatdırılacaq
15 MAY
149

Qazaxda tütün əkini sahələri 60 hektara çatdırılacaq

2018-05-15 13:24:00

Cari ildə Qazax rayonunun təsərrüfatlarında 60 hektar sahədə tütün əkilməsi nəzərdə tutulur. Hazırda təsərrüfatlarda tütün əkini kampaniyası mütəşəkkil davam etdirilir. Fermerlər indiyədək 48 hektar sahəyə tütün şitili əkiblər.

Rayon icra hakimiyyətindən bildiriblər ki, kənd təsərrüfatının gəlirli sahələrindən olduğundan fermerlərin tütün əkininə marağı ilbəil artmaqdadır. Belə ki, ötən il 50 hektar sahədə tütün əkən fermerlər cari ildə sahələri genişləndirərək 60 hektara çatdırmağı planlaşdırıblar. Bu məqsədlə Cəfərli kəndində 1000 kvadratmetr sahədə hazırlanmış istixanalarda kifayət qədər şitil yetişdirilib. Kosalar kəndində 32 hektarda tütün əkilməsi nəzərdə tutulub. Artıq 28 hektarda əkin başa çatıb.

Ötən il 50 hektar sahədə tütün becərən qazaxlı fermerlər 80 ton quru tütün istehsal ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9602
  • ₽ RUB
    0.0254