SƏNAYE

Seymur Mövlayev: "Aqrolizinq"in qarşısında konkret tapşırıqlar qoyulub
15 MAY
366

Seymur Mövlayev: "Aqrolizinq"in qarşısında konkret tapşırıqlar qoyulub

2018-05-15 09:50:00

""Aqrolizinq"in qarşısında konkret tapşırıqlar qoyulub. Əsas tələblərdən biri odur ki, biz yerlərdə görüşlər keçirməli, kəndli və fermerlərin qarşılaşdıqları problemlərin araşdırılması ilə birbaşa məşğul olmalıyıq. Bu gün Xaçmazda keçirilən görüşdə də təsərrüfat sahiblərinin söylədikləri çətinliklər, eləcə də təkliflər qeydə alındı. Biz bununla bağlı araşdırma aparacağıq və çalışacağıq görüşlərimiz səmərəli olsun”. Bu sözləri "Aqrolizinq" ASC-nin yeni təyin olunmuş sədri Seymur Mövlayev Xaçmazda fermer və təsərrüfatçılarla görüş zamanı bildirib.
Fermerlər daha çox kənd təsərrüfatı texnikalarının ehtiyat hissələrinin, təmir sexlərinin çatışmazlığı, dərman və pestisidlərin keyfiyyətinin aşağı olmasından narahatlıqlarını dilə gətiriblər. Rayonun qabaqcıl təsərrüfatçıları texnikaların istismarı sahəsində ixtisaslı kadrların azlığını da qeyd ediblər.
S.Mövlayev bildirib ki, qısa müddətdə 23 rayonda fermerlərlə və müvafiq qurumların nümayəndələri ilə görüşlər keçirilib. Yerlərdə fermer və təsərrüfatçılarla görüşlər bundan sonra da mütəmadi təşkil olunacaq. (Azərtac)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9602
  • ₽ RUB
    0.0254