SƏNAYE

Bizdə havayı, Avropada kiloqramı 2000 avroya olan MƏHSUL
14 MAY
5647

Bizdə havayı, Avropada kiloqramı 2000 avroya olan MƏHSUL

2018-05-14 15:12:00

Hər ilin aprel ayında bazarlarda dombalan satılır. Demək olar, Azərbaycanın bütün bölgələrində yabanı halda bitir. Dombalan Avropada çox bahalı satılan tərəvəzlərdən  biridir: 1 kiloqramı təxminən 2000 avro. Bu qiymət çox bahalı bir qiymətdir, bu da dombalanın dad və faydaları ilə bağlıdır. Dombalanı yalnız Avropa dövlətləri becərir və kütləvi satış edirlər.
Dombalan çox gözəl ətirli bir göbələkdir. Bizdə yayğın olmasa da, Avropada dombalan ətrinin  aşiqləri var. Dombalan çiy halda rəndələnir, yeməklərə qarışdırılır, bu yeməklər çox bahalı yeməklər hesab olunur.  Dombalanı rəndələyib, rafinə olunmamış zeytun yağına qarışdırıb, 3 gün 50 dərəcə temperaturda saxlayıb, süzürlər. Dombalanın gözəl ətri zeytun yağına keçir və bu yağı istifadə olunan yeməklərə və salatlara qarışdırırlar. Buna da əli çatmayanlar və dırnaqarası işbaz restoranlar sintetik üsulla alınmış dombalan ətrindən istifadə edirlər, oralara yolunuz düşsə dombalan dadmaq istəsəniz bu yazdıqlarıma diqqət edin. Dombalan cinsi gücü artırır, immuniteti artırır, xalq təbabətində şəkərə faydaları olması haqqında fikirlər vardır, tərkibindəki zəngin sink prostat hiperplaziyasında faydalıdır. 
Dombalan haqqında Peyğəmbərimiz (s.ə.v) tərəfindən hədis söylənilib. Göbələk qüdrət halvası cinsindəndir, suyu gözə şəfadır. (burda nəzərdə tutulan göbələk dombalan göbələyi olaraq keçməsi çox alimlər tərəfindən dəstəklənib).  Deməli, dombalan baş tərəfdən içəriyə doğru kəsilir, içi oyulur, sonra bişirilir, suyu steril şpirislə alınır, təmiz qaba tökülür, yarıbayarı su ilə durulaşdırılır. Bu sudan gündə 3 dəfə, hər dəfə 2-3 damcı gözlərə tökülür, dombalan suyu gözləri işıqlandırır və maraqlıdır ki, dombalan suyunda heç bir mikrob və ziyanverici tapılmamışdır. Konyuktvitin müalicəsində çox effektiv təsir göstərir. Dombalan göbələyinin tərkibində bol zülal olmasına baxmayaraq, yeyildikdə qanda xolesterini yüksəltmir.

Sahilə Sadıqova, mediaktiv.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9550
  • ₽ RUB
    0.0259