SƏNAYE

Novak: “OPEC+ razılaşmasının bazarı balanslaşdırmaq üçün alətləri var”
14 MAY
143

Novak: “OPEC+ razılaşmasının bazarı balanslaşdırmaq üçün alətləri var”

2018-05-14 10:30:00

Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzvlərin bazarı balanslaşdırmaq üçün bütün alətləri var. Bunu Rusiyanın energetika naziri Aleksandr Novak ABŞ-ın İranla bağlı sazişdən çıxmasının və bu ölkəyə mümkün sanksiyalarının bazara gələcək təsirinə münasibət bildirərkən deyib.

Nazir bildirib ki, vəziyyət monitorinq olunacaq: “Sanksiyaların 180 gün ərzində bərpa olunacağı elan edilib. Buna görə də bazarın necə reaksiya verəcəyinə baxmaq lazımdır. İndidən nəyi isə danışmaq tezdir. Bütün hallarda bizim bazarı balanslaşdıra biləcək bütün alətlərimiz mövcuddur”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256