SƏNAYE

Əgər kütləvi hücum olarsa, "1625"-ə zəng edin!
14 MAY
453

Əgər kütləvi hücum olarsa, "1625"-ə zəng edin!

2018-05-14 09:39:00

Hər ilin bu vaxtı Mərakeş çəyirtkəsinə qarşı kütləvi mübarizə tədbirləri aparılır. Dövlət Fitosanitar Nəzarəti Xidməti aprelin sonundan İmişli, Saatlı, Sabirabad, Biləsuvar və Salyan rayonlarını əhatə edən Küdrü düzü ərazisində sürü halında yaşayan çəyirtkələrə qarşı mübarizə tədbirləri görür. Lakin təhlükə qalmaqda davam edir. Buna görə də Xidmət fermer təsərrüfatlarına xəbərdarlıq edərək bildirir ki, əgər əkin sahələrinə zərərvericilərin kütləvi hücumu baş verərsə, dərhal “1652” çağrı mərkəzinə zəng etsinlər və ya Dövlət Xidmətinin yerli qurumlarına məlumat versinlər. 
Bitkilər  üçün əsl təhlükə mənbəyi sayılan Mərakeş çəyirtkələri əkin sahələrinə kütləvi şəkildə miqrasiya edərək bir neçə saat ərzində sahəni yararsız hala salır. İsti günlərdə çəyirtkələr çəkisinin yarısı qədər su itirir ki, bu da onların zərərli fəaliyyətini daha da artırır. Zərərvericilər 250 kilometr məsafəni uça bilirlər ki, bu da təsərrüfatlar üçün nə qədər təhlükəli olmalarından xəbər verir. Çəyirtkəkimilər bir sahədə bitkiləri məhv etdikdən sonra dərhal digər sahəyə, rayona, hətta qonşu ölkə ərazisinə asanlıqla miqrasiya etmək qabiliyyətinə malikdirlər. Bu səbəbdən də mübarizə tədbirlərini qısa zamanda həyata keçirmək lazımdır ki, kənd təsərrüfatı bitkilərinə vurula biləcək itkilərin qarşısı vaxtında alınsın.

“Aqrobiznes”

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9967
  • ₽ RUB
    0.0256