SƏNAYE

Saatlıda 14 min hektardan çox sahəyə çiyid səpilib
14 MAY
89

Saatlıda 14 min hektardan çox sahəyə çiyid səpilib

2018-05-14 09:21:00

Saatlıda çiyid səpini yekunlaşmaq üzrədir. Ötən il ölkədə ən çox pambıq istehsal edən saatlılı “ağ qızıl” ustaları cari ildə 25 min tondan çox xam pambıq istehsal etməyi qarşıya məqsəd qoyublar.

Rayon statistika idarəsindən bildiriblər ki, bu mövsüm rayonda 16 min 820 hektar sahədə pambıq becərilməsi nəzərdə tutulub. Bunun üçün məhsul istehsalçıları şum, arat, malalama işlərini vaxtında həyata keçirib, sahələrə üzvi və mineral gübrələr verib, səpin üçün yüksək reproduksiyalı toxum tədarük ediblər. Səpin kompaniyasına mütəşəkkil başlayan mülkiyyətçilər qısa müddətdə 14 min 308 hektar sahəyə çiyid səpiblər. Qalan 2 min 512 hektar sahədə isə səpin 4-5 günə yekunlaşacaq. Bu günə kimi rayonda fəaliyyət göstərən “MKT” MMC 4 min 385, “AZƏR PAMBIQ” MMC 2 min 936, “Aqro AZ” MMC 3 min 805 və “Kənd Təsərrüfatı” MMC 1 min 207 hektar sahəyə toxum səpib. Fərdi qaydada isə 1975 hektar sahədə səpin həyata keçirilib.

Ilkin səpin keçirilən və düzgün aqrotexniki qulluq sayəsində10 min hektar sahədə yaxşı çıxış alınıb. Pambıqçılar bu sahələrdə artıq becərmə işlərinə başlayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0069
  • ₽ RUB
    0.0273