SƏNAYE

“Üçlük” 102 milyon ton ixrac edəcək
11 MAY
310

“Üçlük” 102 milyon ton ixrac edəcək

2018-05-11 13:49:00

Dünyanın taxıl bazarında Rusiya, Ukrayna, Qazaxıstan liderliyini bu ildə qoruyacaq. Bu ölkələr ötən il olduğu kimi 2018-ci ildə də yüz milyon tondan artıq taxıl ixrac edəcək. Üç ölkənin bir yerdə ixrac həcmi ilkin təxminlərə görə 102 milyon 700 min ton təşkil edəcək. 
Rusiyanın Bazar Araşdırmaları İnstitunun rəhbəri Dimitri Raylko bildirib ki:” Rusiya 51.3 milyon, Ukrayna 42.3 milyon, Qazaxıstan isə 9.1 milyon ton taxıl ixrac edəcək. Rusiyanın taxıl istehsalı cənubdan Sibirə qədər olan ərazidə sürətlə inkişaf edir. Ölkələr üzrə istehsal və ixrac növbəti illərdə də davam edəcək”.  
İnstitut rəhbəri Rusiyada taxıl istehsalının artmasını bir sıra faktorlarla əlaqələndirib. Kənd Təsərrüfatı Nazirliyinin nəzarətində dövlət qurumlarının ciddi fəaliyyət koordinasiyası qurulub, həftəlik təhlillər aparılır, hədəflər müəyyən olunur. Daşınma-logistika sahəsində əsaslı işlər görülüb, dəmir, dəniz yolu və digər sahələrdə yükdaşımalarının səviyyəsi yaxşılaşdırılıb, nəticədə xərclər azaldılıb. Eyni zamanda, ölkə üzrə böyük həcmli silolar tikilib, bölgələr üzrə istehsal planları müəyyən olunub və istehsalçılara subsidiyalar verilir.
“Aqrobiznes”

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9349
  • ₽ RUB
    0.0253