SƏNAYE

Paytaxtın metallurgiya sənayesində 39,3 faiz artım müşahidə edilib
11 MAY
187

Paytaxtın metallurgiya sənayesində 39,3 faiz artım müşahidə edilib

2018-05-11 13:27:00

Yanvar-mart aylarında Bakı şəhərində metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində 113,8 milyon manatlıq məhsul istehsal olunub. Bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə hazır metal məmulatlarının istehsalı sahəsində 2,6 dəfə, metallurgiya sənayesində isə 39,3 faiz artım deməkdir.

Bakı Şəhər Statistika İdarəsindən bildirilib ki, əvvəlki ilin müvafiq dövrünə nisbətən sahə üzrə alüminium çubuq, mil və profillər 60,3 faiz, misdən elektrik izolyasiyası olmayan çoxdamarlı məftil, tros və kabel istehsalı 6,4 dəfə, metalların üst təbəqəsinin emalı üzrə xidmətlər 6,0 dəfə, armatur istehsalı 34,3 faiz artıb, qara metallardan digər konstruksiyaların istehsalı isə 46,1 faiz azalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9852
  • ₽ RUB
    0.0255