SƏNAYE

SOCAR yaxta, kater və motorlu qayıqların yanacaqdoldurma stansiyasını işə salıb
11 MAY
207

SOCAR yaxta, kater və motorlu qayıqların yanacaqdoldurma stansiyasını işə salıb

2018-05-11 12:46:00

Naviqasiya mövsümünün başlanması ilə əlaqədar SOCAR kiçik və ortaölçülü gəmilərin yanacaqla təmin edilməsini nəzərdə tutan iki neftdaşıyan bunker gəmisini – su avtoyanacaqdoldurma stansiyasını işə salıb.

Bunlardan biri Kiyevdə, “Muromets” parkı ərazisindəki “Su burulğanı” məkanında, digəri isə Odessa vilayətində “Sovinyon” yaxt-klubunun akvatoriyasında yerləşir.

SOCAR həm üzən yanacaqdoldurma stansiyalarında, həm də stasionar avtoyanacaqdoldurma məntəqələrində yüksəkkeyfiyyətli idxal olunmuş yanacaq – brend DY (dizel yanacağı) və Nano benzini, həmçinin A-95 markalı benzin təqdim edir.

Statistikaya görə, əgər kater və ya yaxtalar 20 litrlik kanistrlə doldurulursa, o zaman suya 50 qrama yaxın yanacaq axıdılır.

SOCAR-ın korporativ siyasətinin istiqamətlərindən biri texnogen və ekoloji təhlükəsizlikdir. Neftdaşıyan gəmilər yanacağın və kənar çirkabların ətraf akvatoriyaya axınının qarşısını almaqdan ötrü çəpərlənmiş bonlarla, digər xüsusi konstruksiyalarla, təhlükəsiz istismarı təmin edən qəza sistemi, iqlim nəzarəti sistemi ilə təchiz edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9967
  • ₽ RUB
    0.0256