SƏNAYE

Nazir müavini kənd təsərrüfatı sektorunda olacaq yeniliklərdən danışdı
07 MAY
357

Nazir müavini kənd təsərrüfatı sektorunda olacaq yeniliklərdən danışdı

2018-05-07 16:22:00

Azərbaycan və Türkiyə arasında pambıqçılıq, yem bitkilərinin, taxılçılıq və tərəvəz toxumçuluğu ilə bağlı böyük layihələr var. Bu layihələri həyata keçirmək üçün Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi və Türkiyənin Qida, Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyi özəl sektora dəstək olacaq.

Bunu Azərbaycan-Türkiyə biznes forumunda kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev jurnalistlərə müsahibəsində deyib.

Onun sözlərinə görə, Türkiyə və Azərbaycanın iqlim şəraiti bir-birinə uyğundur. Türkiyədə istifadə olunan toxumlar Azərbaycanda sınaqdan çox uğurla çıxıb. Məhz buna görə də, Türkiyə ilə əlaqələrimizin daha da genişləndirilməsi Azərbaycan üçün önəmlidir.

Nazir müavini, həmçinin əlavə edib ki, bu il Türkiyədən 16 min toxum gətirilib. Onun əsas hissəsi pambıqçılıqla bağlıdır. Çünki bu sahədə toxumçuluq sahəsində təminatımız demək olar ki, aşağı səviyyədədir. Lakin toxumçuluğun istehsalı üçün nazirlik tərəfindən ciddi tədbirlər həyata keçirilir: “Hazırda Ucarda pambıq toxumu zavodu tikilir və bu il müəssisənin tikintisinin başa çatdırılması nəzərdə tutulub. Hesab edirəm ki, bu sahəni genişləndirərək, istər pambıqçılıq, yemçilik, istərsə də taxılçılıq sahəsində öz daxili istehsalımız hesabına toxumla təminatı artıracağıq”.

İ.Quliyev bildirib ki, ölkəni toxumla daxili istehsal hesabına təmin etmək üçün nazirlik tərəfindən geniş tədbirlər planı hazırlanır. Çox güman ki, yaxın zamanda respublika özünü bütün məhsullar üzrə toxumla təmin edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0254