SƏNAYE

Azərbaycanda yeni qaz anbarı və kompressor stansiyası inşa olunacaq
07 MAY
244

Azərbaycanda yeni qaz anbarı və kompressor stansiyası inşa olunacaq

2018-05-07 14:37:00

SOCAR-ın “Azneft” İstehsalat Birliyi Qaz Anbarlarının İstismarı İdarəsi tərəfindən vurulan və götürülən qazın həcminin artırılması və anbarların modernləşdirilməsi istiqamətində işləri davam etdirir. Bunu SOCAR-ın “Azneft” İstehsalat Birliyinin Baş direktoru Daşqın İskəndərov “Natural Gas World” dərgisinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, yeraltı qaz anbarlarının modernləşdirilməsi istiqamətində  “Qaradağ” və “Qalmaz” yeraltı qazsaxlama anbarlarının aktiv tutumunun artırılması layihəsi üzrə işləri həyata keçirilir: “Bu qəbildən “Qalmaz” yatağında əlavə 21 quyu qazılmaqla tutumu 500 milyon kubmetr olan yeni qaz anbarının yaradılması və yeni kompressor stansiyasının tikintisini planlaşdırırıq. “Qaradağ” yatağında da birinci tektonik bloka yeni quyuların qazılması və VII horizontunun tam bərpa edilməsi nəzərdə tutulur ki, bunun da nəticəsində 1 milyard kubmetr əlavə qaz həcmi yaradılacaq. Həmçinin, Qaradağda yeni kompressor stansiyasının tikintisini planlaşdırırıq”.

D. İskəndərov qeyd edib ki, hazırda mövsümi keçid dövrüdür: “Aprelin 1-dən etibarən qaz anbarlarına qazın vurulması başlanılıb”. (APA)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9602
  • ₽ RUB
    0.0254