SƏNAYE

Tərtərdə 6974,8 hektar sahədə yazlıq səpin aparılıb
07 MAY
231

Tərtərdə 6974,8 hektar sahədə yazlıq səpin aparılıb

2018-05-07 09:07:00

Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda yaz-tarla işlərinin qızğın çağıdır. Kəndlilər, torpaq mülkiyyətçiləri əkin-səpin aparır, torpağa və bitkilərə lazımi aqrotexniki qulluq göstərirlər.

Rayon Statistika İdarəsinin rəisi Ədalət Məmmədov bildirib ki, bu günədək rayonda 6974,8 hektar sahədə yazlıq səpin həyata keçirilib. Bunun 2882 hektarı pambıq, 859 hektarı şəkər çuğunduru, 1098 hektarı dən üçün günəbaxan, 487,4 hektarı kartof, 731,5 hektarı müxtəlif növ tərəvəz bitkiləri, 75 hektarı dən üçün qarğıdalı, 20,2 hektarı noxud, 5 hektarı darı, 5,5 hektarı lobya, 1 hektarı soya, 752 hektarı təzə yonca, 40 hektarı yem üçün qarğıdalı, 18,2 hektarı sorqo bitkisidir.

Rayonda yazlıq bitkilərin əkini davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9967
  • ₽ RUB
    0.0256