SƏNAYE

“Ərzaq Məhsullarının Tədarükü və Təchizatı” ASC ötən il 4 mln. manata yaxın mənfəət əldə edib
03 MAY
138

“Ərzaq Məhsullarının Tədarükü və Təchizatı” ASC ötən il 4 mln. manata yaxın mənfəət əldə edib

2018-05-03 17:46:00

“Ərzaq Məhsullarının Tədarükü və Təchizatı” ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 70,99 mln. manat təşkil edib. Bu, ötən il yanvarın 1-i ilə müqayisədə 70,4% çoxdur.

2017-ci ildə səhmdar cəmiyyətin uzunmüddətli aktivləri 7 dəfə artaraq 4,759 mln. manata, qısamüddətli aktivləri isə 61,6% artaraq 66,231 mln. manata çatıb.

Hesabat dövründə “Ərzaq Məhsullarının Tədarükü və Təchizatı”nın cəmi öhdəlikləri 61,8% artaraq 67,302 mln. manat, o cümlədən uzunmüddətli öhdəlikləri 8 dəfə artaraq 4,656 mln. manat, qısamüddətli öhdəlikləri 52,7% artaraq 62,646 mln. manat, cəmi kapitalı isə, təxminən, 55 dəfə artaraq 3,689 mln. manat olub.

Səhmdar cəmiyyət ötən ili 3,621 mln. manat mənfəətlə başa vurub. Halbuki qurum əvvəlki ildən 32,5 min manat zərərlə çıxmışdı.

Xatırladaq ki, “Ərzaq Məhsullarının Tədarükü və Təchizatı” ASC 2016-cı ilin oktyabr ayında yaradılıb. Onun nizamnamə kapitalı 100 min manatdır. (Report.az)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0016
  • ₽ RUB
    0.0276