SƏNAYE

Tovuzlu fermerlər Rusiya bazarını köklə təmin edir - FOTOLAR
03 MAY
224

Tovuzlu fermerlər Rusiya bazarını köklə təmin edir - FOTOLAR

2018-05-03 14:49:00

Tovuzda faraş kök yığımına başlanılıb. Rayonun Hunanlar kəndində kütləvi becərilən bitki yüksək məhsuldarlığı ilə seçilir. Kök su sevən olduğundan əsasən, Kür çayı sahilində yerləşən ərazidə əkilir.

Oktyabrda torpağa səpilən bitki aprelin sonlarından yığılmağa başlanılır. Sakinlər bildirirlər ki, yığım təzə başlanan zaman kökün 1 kiloqramının qiyməti 70-80 qəpik arası dəyişir. Hazırda sahələrdə kökün satış qiyməti 50 qəpikdir.

Fermer Elməddin Eyvazov bildirib ki, məhsul paytaxt və Rusiya bazarlarına göndərilir. Rusiya bazarlarına çıxarılan kök kəndin girişində iritonnajlı avtomobillərə yüklənərək daşınır.

Kənddə 300 hektardan artıq sahədə kök əkilib və yığım iyul ayına qədər davam edəcək. (Azərtac)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9635
  • ₽ RUB
    0.0257