SƏNAYE

“Azərenerji” ötən ay istehsal etdiyi elektrik enerjisinin həcmini açıqlayıb
03 MAY
222

“Azərenerji” ötən ay istehsal etdiyi elektrik enerjisinin həcmini açıqlayıb

2018-05-03 11:56:00

“Azərenerji” ASC bu ilin aprel ayında 1,662 milyard kilovat-saat elektrik enerjisi istehsal edib.  Bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Yəhya Babanlı məlumat verib. 

Xatırladaq ki, bu rəqəm ötən ilin aprel ayında 1,738 milyard kilovat-saat təşkil edib. 

Y.Babanlının sözlərinə görə, ötən ay digər ölkələrlə elektrik enerjisi mübadiləsi qarşılıqlı şəkildə reallaşdırılıb. O cümlədən, "Kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi"nin Tədbirlər Planına uyğun olaraq, yaxın və uzaq perspektivdə nəzərdə tutulmuş müvafiq vəzifələrin icra vəziyyəti ilə bağlı müvafiq işləri davam etdirilib, eyni zamanda enerji sisteminin müasirləşdirilməsi diqqətdə saxlanılıb və bununla əlaqədar olaraq ictimaiyyətin məlumatlandırılması məqsədi ilə bir sıra tədbirlər görülüb. (Report)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9349
  • ₽ RUB
    0.0253