SƏNAYE

Azərbaycana gətirilən hansı məhsullar idxal rüsumu və ƏDV-dən azaddır?
02 MAY
426

Azərbaycana gətirilən hansı məhsullar idxal rüsumu və ƏDV-dən azaddır?

2018-05-02 10:03:00

Nazirlər Kabinetinin 2011-ci il 25 yanvar tarixli 17 nömrəli qərarına əsasən aşağıdakılar ölkəyə idxal edilərkən idxal rüsumuna və ƏDV-yə  cəlb edilmir:
- safqanlı iribuynuzlu heyvanlar, cins qoyunlar və keçilər;
- əkin üçün soya paxlalılar, günəbaxan, şəkər çuğunduru və yonca toxumları;
- gübrələr, bəzi aqrokimiyəvi maddələr;
- bir sıra kənd təsərrüfatı və emalı texnikası, o cümlədən quruducular, süd separatorları, qida sənayesində istifadə edilən suyun süzülməsi və ya təmizlənməsi üçün qurğu və avadanlıqlar;
- butulkaların və ya digər qabların yuyulması və qurudulması üçün avadanlıqlar;
- ərzaq məhsullarının istehsalında istifadə olunan avadanlıqların hissələri;
- suvarma qurğuları, traktorlara qoşulmaq və ya traktorlara yedəklənmək üçün nəzərdə tutulmuş qurğular, pnevmatik qaldırıcılar və konveyerlər;
- torpağın hazırlanması və işlənməsi üçün maşınlar, otbiçənlər, yumurta, meyvə və ya digər kənd təsərrüfatı məhsullarının təmizlənməsi, sortlaşdırılması və ya kalibrlənməsi üçün maşınlar;
- quşçuluq üçün inkubatorlar və bruderlər, sağıcı qurğu və aparatları, südün emalı və təkrar emalı üçün avadanlıqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9550
  • ₽ RUB
    0.0259