SƏNAYE

Avtonəqliyyat Baş Gömrük İdarəsində sahibkarlarla görüş keçirilib
01 MAY
239

Avtonəqliyyat Baş Gömrük İdarəsində sahibkarlarla görüş keçirilib

2018-05-01 18:06:00

Bu gün Dövlət Gömrük Komitəsinin (DGK) Avtonəqliyyat Baş Gömrük İdarəsində sahibkarlarla görüş keçirilib. Bu barədə DGK-dan məlumat verilib.

Məlumata görə, tədbirdə İdarənin rəisi İsmayıl Hüseynov gömrük orqanlarının da Azərbaycanın iqtisadi təhlükəsizliyinin təmin olunmasına, sahibkarlıq mühitinin yaxşılaşdırılmasına töhfə verdiyini qeyd edib. O, dövlət başçısı tərəfindən son illər gömrük sahəsində həyata keçirilən islahatların gömrük işinin səmərəli təşkil edilməsilə yanaşı, gömrük-biznes əməkdaşlığının gücləndirilməsi, investisiya mühitinin yaxşılaşdırılması, eyni zamanda idxal-ixrac əməliyyatlarının sürətli və şəffaf şəkildə həyata keçirilməsinə şərait yaratdığını vurğulayıb.

DGK rəsmisi "Ölkədə idxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" ölkə Prezidentinin 20 aprel 2018-ci il tarixli sərəncamından irəli gələn məsələlərin həlli, idxal-ixrac əməliyyatları zamanı vergi uçotunun dəqiq aparılması məqsədilə gömrük və vergi orqanları arasında əlaqələrin səmərəli şəkildə qurulması istiqamətində görüləcək işlərdən, bu sahədə şəffaflığın təmin edilməsində sahibkarların rolundan bəhs edib.

Sonra görüşdə Vergilər Nazirliyi və DGK arasında imzalanmış "Üçüncü şəxslər üçün mal idxal edən şəxslərin fəaliyyətinə nəzarət edilməsi haqqında" Razılaşma Protokolunda nəzərdə tutulan vəzifələrin icrası ilə bağlı müzakirələr aparılıb, eləcə də sahibkarları maraqlandıran suallar ətraflı cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0069
  • ₽ RUB
    0.0273