SƏNAYE

Ucarda 2500 hektar sahədə pambıq əkiləcək
01 MAY
118

Ucarda 2500 hektar sahədə pambıq əkiləcək

2018-05-01 17:53:00

Ucar rayonunda çiyid səpini kampaniyası mütəşəkkil davam etdirilir və artıq 650 hektardan çox sahədə əkin aparılıb. Rayon icra hakimiyyətindən bildirilib ki, aparılan aqrar islahatlar, dövlətimizin başçısının ixracyönümlü məhsulların, o cümlədən pambıqçılığın inkişafı ilə əlaqədar verdiyi tapşırıqlar Ucar rayonunda da kənd təsərrüfatının bu ənənəvi sahəsinin inkişafına güclü təkan verib. Cari mövsümdə rayonda 2500 hektarda pambıq yetişdiriləcəyi nəzərdə tutulub.

Hazırda hər yerdə, o cümlədən daha çox əkin aparılacaq Bərgüşad, Yuxarı Şilyan, Qaradağlı, Bayat və digər kənd inzibati ərazi dairələrində əkin sürətlə davam etdirilir. Hər gün sahələrə 11-12 səpin aqreqatı çıxarılır. Mütəxəssislər səpinin yüksək aqrotexniki qaydada aparılmasına ciddi nəzarət edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9904
  • ₽ RUB
    0.0277