SƏNAYE

Rusiyanın 9 əsas aqro milyonçuları kimlərdir?
01 MAY
324

Rusiyanın 9 əsas aqro milyonçuları kimlərdir?

2018-05-01 15:07:00

Bu yazıda sizi Rusiyada fəaliyyət göstərən aqrobiznesmenlərlə tanış edəcəyik:

  1. Vadim Moşkoviç (6 aprel 1967 il) Rusiyanın milyarderlər siyahısında birinci yerdədir. 2006-cı ildən Belqorod vilayətinin senatoru seçildi. 1995-ci ildə yaradılmış “Rusagro” MMC-nin İdarə Heyətinin sədridir. Şirkət 4 istiqamətdə məhsul istehsal edir: piy, yağ, şəkər tozu, bitkiçilik məhsulları. 2016-cı ildə şirkətin gəlirləri 16% artaraq 84,3 milyard rubla çatdı.“Rusagro” markası: “Çaykovski” şəkərini, “Mecta xozyayki” mayonezini istehsal edir. 2016-cı ilin fevralından yarımfabrikat donuz əti istehsal edirlər. “Letovo” lahiyəsi: 2018-ci ilin  sentyabrında Yeni Moskvada (ərazisi genişləndirilmiş Moskva şəhəri) həyata keçiriləcək istedadlı və motivasiyalı uşaqlar üçün məktəblər lahiyəsinin təşəbbüskarı və sponsorudur.
  2. Aleksandır (04/04/1962) və həyat yoldaşı Natali Lutsenko Sodrujestvo şirkətlər qrupunun sahibləridir. Şirkət 1994-cü ildə yem və yem əlavələrinin ticarəti ilə fəaliyyətə başladı. “Sodrujestvo” qrupunun 10% -nə “Mitsui & Co” Yaponiya Korporasiyası sahibdir.
  3. Kirill Minovalov (22.04.1971) 90-cı illərin əvvəllərində “Alcor” konsaltinq kompaniyasını təsis etdi və müəssisələri qeydiyyatdan keçirdi. Bu kompaniya hələ də mövcuddur və Avangard Bankın səhmdarıdır. Avangard-Agro tərəfindən 400 min hektar əkinçilik ərazisi idarə olunur. 2016-cı ildə kompaniyanın gəlirləri – 18 milyard rubl olub. “Avangard”: qadınların “Dinamo” Moskva voleybol klubunun ümumi tərəfdaşıdır.
  4. Vitaly Orlov (1965-ci il təvəllüdlü). 1997-ci ildə Norveçli iş adamı Magnus Roth ilə birgə Ocean Trawlers şirkətini təsis etdi. 2007-ci ildən Sberbankın dəstəyi ilə Orlov və Rota strukturları geniş miqyaslı balıqçılıq şirkətləri almağa başlayıblar. Hal-hazırda Orlov Rusiyanın ən böyük vertikal inteqrasiya edilmiş balıqçı holdinqi “Norebo”nun rəhbəridir.
  5. VIKTOR VƏ ALEKSANDR LINNIK (28.11.1967) ƏKIZ QARDAŞLAR.  

    Viktor Linnik 1990-cı illərin əvvəllərində qardaşı ilə birgə Moskvada xarici turistlər üçün istirahət və yerləşdirmə sahəsində pul qazanıblar. Sonra müştərilərdən biri əkizlərin Avropa məhsullarını idxal etməyə başlamasını məsləhət gördü. Viktor Linnik “Miratorg Agribusiness” Holdinqinin prezidentidir. Aleksandr Linnik – “Miratorg” Açıq Səhmdar Cəmiyyətinin Direktorlar Şurasının sədridir. 2017-ci ildə Bryant, Orel, Smolensk, Kaluqa, Tula və Kalininqrad yeni heyvandarlıq təsərrüfatlarının tikintisindən şirkət 18 milyard rubl mənfəət  əldə etdi. Miratorqun gəlirləri yüzdə 25 nisbətində artaraq 120 milyard rubla çatdı. Donuz istehsalçılarının milli birliyinə əsasən, Miratorq Rusiyada ən böyük donuz istehsalçısıdır. Ümumi istehsalın 11,5% -i ona məxsusdur. 2017-ci ilin yanvar ayında “Miratorg” Burger King fast-food zənciri üçün yarımfabrikat ət məhsullarının tədarükü üçün beş illik müqavilə bağladı.

  6. Vladimir Zotov (07/07/1953) “Agro-Belogorye” Şirkətlər Qrupunun İdarə Heyətinin sədridir. Donuz istehsalçısı Agro-Belogorye – nin əsas sahibidir. Holdinq 2007-ci ildə Belqorod vilayətinin qubernatoru Evgeny Savçenkonun təşəbbüsü ilə yaradılıb. 2015-ci ildə Zotovun gəlirlərinin 463 milyon rubl olduğu elan edilib. “Agro-Belogorye” zavodunda 2016-cı ildə 1.43 milyon donuz kəsilib. Zotov Belqorod vilayətinin İqtisadi İnkişaf İdarəsinin keçmiş rəhbəri, Belqorod Regional Dumasının deputatıdır. “Dalnye dali”, “Meat feast”, “Grill menu” və “AB Premium” markalarının sahibidir.
  7. Sergei Kislov (07/12/1960). “Rusiyanın Cənubu” qrupunun prezidentidir. Şirkət 1992-ci ildə yaradılıb. Ilk un istehsalı və ixracı ilə məşğul olublar. 1999-cu ildə 45 milyon dolar sərmayə qoyan şirkət, bir yağ istehsal müəssisəsi açdı. Kənd təsərrüfat holdinqi olan “Rusiyanın Cənubu” bitki yağı, un, yarma, eləcə də mayonez, souslar, ketçup və digər məhsullar istehsal edir. Siyasət: 2006-cı ildə Rostov Region Qanunvericilik Məclisində Kislov Federasiya Şurasının nümayəndəsi seçildi.
  8. İqor Xudokomorov (05/01/1968-ci il). 15 şəkər zavodunu əhatə edən “Prodimex” şirkətlər qrupunun əsas səhmdarıdır. 650 milyon dollar gəlirin və “Prodimex” qrupunun birgə torpaq sahəsinin 790.000 hektarın bir hissəsinə sahib olan və səhmdarı İqor Xudokormov olan şirkət “Agrokultura” dır. 2016-cı ilin aprelindəki məlumata görə Rusiyanın ən böyük kənd təsərrüfatı torpaqlarının sahibidir. (agroexpert.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9570
  • ₽ RUB
    0.0259