SƏNAYE

Salyanda 7 min hektar sahədə pambıq əkiləcək
30 APREL
161

Salyanda 7 min hektar sahədə pambıq əkiləcək

2018-04-30 16:44:00

Salyanda çiyid səpini müvəffəqiyyətlə davam edir. Ötən il 10 min tona yaxın pambıq istehsal edən salyanlılar cari ildə 7 min 555 hektar sahədə pambıq əkməyi planlaşdırıblar. Sahələrdə bol məhsul yetişdirmək üçün məhsul istehsalçıları ilə müqavilələr də bağlanılıb.

Aqronom Ələsgər Əliyev bildirib ki, rayonda əkin sahələri şumlanıb, arata qoyulub və malalanaraq səpinə hazırlanıb. Texnika sarıdan da heç bir çətinlik yoxdur. Sahələrə kifayət qədər maşın mexanizm və səpin aqreqatları çıxarılıb. Səpin zamanı rayonlaşdırılmış toxum sortları ilə yanaşı, Türkiyədən gətirilmiş yüksək reproduksiyalı toxumlardan da istifadə olunur. Artıq 1100 hektar sahədə çiyid səpini aparılıb. Məhsul istehsalçıları səpin kampaniyasını vaxtında başa çatdırmaq üçün intensiv üsullardan səmərəli istifadə edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0016
  • ₽ RUB
    0.0276